Xəbərlər

Ölkə iqtisadiyyatına yeddi ayda 9,8 milyard manat investisiya qoyulub
16 avqust, 2014 20:30

Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bu ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 9 mlrd. 75 mln. 5 min manat vəsait yönəldilib.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 72,7 faizi tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3 faiz, tikinti quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 13 faiz artıb.

Məhsul istehsalı obyektlərinin inşasına 6 mlrd. 140 mln. 7 min manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 2 mlrd. 934 mln. 8 min manat vəsait yönəldilib. Ümumi sərmayənin 48,5 faizi dövlət, 51,5 faizi isə qeyri dövlət müəssisələrinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 70,8 faizini təşkil edib, onun 65,0 faizi dövlət, 35 faizi isə qeyri dövlət bölməsinin payına düşüb.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 5 mlrd. 103 mln. 6 min manat, bank kreditləri 332,7 milyon manat, büdcə vəsaitləri 3 mlrd. 166 mln. 2 min manat, büdcədənkənar fondların vəsaitləri 161,2 milyon manat, əhalinin şəxsi vəsaitləri 253 milyon manat, sair vəsaitlər 58,8 milyon manat təşkil edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.