Xəbərlər

Ruhaninin azərbaycanlı qadını təbriki etiraza səbəb oldu
15 avqust, 2014 13:57

İran prezidenti Həsən Ruhani dünyada riyaziyyat üzrə “Fields” medalına layiq görülən ilk qadın, Tehranda doğulmuş azərbaycanlı Məryəm Mirzəxanini təbriki etirazlara səbəb olub.

ERtv Azvision.az-a istinadən xəbər verir ki, buna prezidentin öz Twitter hesabında xanıma təbrik yazarkən onun açıq və örtüklü şəklini paylaşması səbəb olub.

O bu şəkilin altında yazıb:

"Filds medalını ilk qadın olaraq qazanan Məryəm Mirzəxani, təbriklər, biz iranlıları çox qururlandırdın".

İran prezidentinin örtüksüz şəkil paylaşması bəzi saytların hədəfinə tuş gəlib. Ruhaninin bu addımı sosial şəbələrdə etirazlara səbəb olub.

Prezident rəsmi internet saytında yer alan təbrik mesajında isə M.Mirzəxaninin hər hansı şəkilində istifadə edilməyib.

Qeyd edək ki, İranda anadan olmuş azərbaycanlı, Stendford Universitenin professoru Məryəm Mirzəxani 1936-ci ildən indiyədək riyaziyyat sahəsində Nobel mükafatına bərabər sayılan qızıl Fields medalına layiq görülən ilk qadındır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.