Xəbərlər

Cütlük məzuniyyətə çıxdı, 16 ildən sonra qayıtdı
15 avqust, 2014 13:55

Britaniyalı cütlük 16 il davam edən dəniz səyahətindən geri qayıdıb.

ERtv Daily Mirror-a istinadən xəbər verir ki, Uels sakinləri əvvəlcə öz yaxtalarında bir həftəlik məzuniyyət keçirtməyi planlaşdırıblar.

Klayv və Ceyn Qrin qısamüddətli kruizə 1998-ci ildə 35 futluq yaxtada yollanıblar.

Onlar yalnız İspaniyaya getmək niyyətində olublar, lakin dəniz səyahətindən elə valeh olublar ki, məzuniyyətlərini uzatmaq qərarına gəliblər.

Turistlər sonda öz yaxtalarında 51 min dəniz mili qət etmiş olublar, 56 ölkəni gəziblər və yolda pensiya yaşlarına çatıblar.

Cütlük dünya səyahətini maliyyələşdirmək üçün Uelsdəki evlərini kirayə veriblər.

Ər-arvad bir çox gündəlik xərclərdən imtina edib və həftəyə 200 dollar xərcləyiblər.

Bəzən onlar öz şəxsi əşyalarını yeməyə dəyişiblər. 60 yaşlı Ceyn Qrin bir dəfə Fici adalarında olarkən öz büsthalterini yerli qadınla bir kisə meyvəyə dəyişib.

Cütlük 16 il ərzində bir dəfə də olsun mübahisə etməyib. Səfərə qədər Klayv Qrin mühəndis işləyib, Ceyn isə həkim-mikrobioloq.

Qeyri-adi kruiz 16 il, bir ay və iki gün davam edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.