Azərbaycanda neft və qaz hasilatının həcmi açıqlandı
15 avqust, 2014 13:51
Bu ilin ilk yeddi ayında ölkədə 24.9 milyon ton neft və 10.8 milyard kub metr əmtəəlik qaz hasil edilib.
ERtv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 12,2 faiz azalıb, qaz hasilatı isə əksinə 4,6 faiz artıb.
Qeyd edək ki, ümumiyyətlə, bu ilin yeddi ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 19.8 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az sənaye məhsulu istehsal olunub.
Mədənçıxarma bölməsində istehsalın həcmi 14,4 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 2,1 faiz az olub.