İsveçrə Federal Şurası Rusiyaya qarşı qadağaları gücləndirib.
ERtv Telegraf.com-a istinadən xəbər verir ki, Konfederasiya Rusiya və Ukraynaya, xüsusilə ikili təyinatlı malların tədarükünə qoyduğu qadağanın müddətini uzadıb və bununla da, öz bitərəf statusuna sadiqliyini nümayiş etdirib.
İsveçrə, Federal Şuranın qərarına əsasən, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi qadağa rejiminə əməl edəcək və sanksiyalara məruz qalan malların ölkə ərazisində istifadəsinə yol verməyəcək.
İsveçrə Rusiyadan olan 87 insan və 20 təşkilata qarşı qadağa tətbiq edib. Dövlətin maliyyə institutları Avropanın qadağaları ilə üzləşən fiziki və hüquqi şəxslərlə yeni iş münasibətləri qurmağı qadağan edib. Bu siyahıdan olan insanların İsveçrəyə girişi də qadağandır.