Xəbərlər

Bakıda qadın sürücü “Porsche” ilə qəza törətdi
14 avqust, 2014 13:43

Gecə saatlarında paytaxtın Nərimanov rayonunda qadın sürücü qəza törədib.

ERtv APA TV-yə istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər yaralanıb, qəzanı törədən qadın sürücü isə hadisə yerindən qaçıb.

Qəza Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb. Taksi fəaliyyəti göstərən 42 yaşlı Rahim Mustafayev idarə etdiyi “Fiat” markalı avtomobillə Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən Təbriz küçəsi ilə yüksək sürətlə hərəkət edən sürücüsü məlum olmayan “90-VT-830” dövlət nömrə nişanlı “Porsche Panameira” onu vurub.

Zərbə güclü olduğundan idarə etməni itirən “Fiat”ın sürücüsü avtomobili işıq dirəyinə çırpıb.

Baş verən qəzada Rahim Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, qəzanı törədən “Porsche”nin sürücüsü və sərnişini içkili vəziyyətdə olduğu üçün hadisə yerini tərk ediblər.

Qeyd edək ki, “Porsche Panameira”nın qiyməti 150 min manatdan başlayır. Avtomobilin tuninq edilmiş modellərinin qiyməti 200-250 min manatadək yüksəlir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.