Bakının mərkəzi küçələrində moda nümayişi baş tutub.
ERtv xəbər verir ki, “Fırfıra” sosial hərəkatı tərəfindən təşkil edilən moda nümayişi piyada keçidində baş tutub.
Nümayişin əsas məqsədi piyadaların və sürücülərin diqqətini yol-hərəkət qaydalarına cəlb etmək olub.
Professional modellərin iştirakı ilə baş tutan moda nümayişi piyada və sürücülər tərəfindən böyük maraqla qarşılanıb.
Nümayişlər şəhərin müxtəlif yerlərindəki piyada keçidlərində nümayiş olunub. Moda nümayişləri keçidlərdə piyadalar üçün yaşıl işıq zamanı, yəni piyadaların keçid hüququ olduğu müddət ərzində bir neçə dəfə davam edib.
“Piyada keçidindən keçmək üçün kifayət qədər vaxtımız var!” sloqanı ilə gerçəkləşdirilən bu sosial layihə “Fırfıra” ictimai hərəkatının insanların həyat təhlükəsizliyi qaydalarına və yol hərəkəti qaydalarına diqqət cəlb etmək məqsədilə həyata keçirdiyi növbəti layihələrdən biridir.