Topaz Premyer Liqasının 2-ci turunun 3 oyunu canlı yayımlanacaq
14 avqust, 2014 13:40
Topaz Premyer Liqasının 2-ci turunun üç oyunu “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.
ERtv xəbər verir ki, televiziya tamaşaçıları avqustun 16-da saat 19:00-da “Neftçi”-“Bakı”, saat 21:00-da “Qarabağ”-“İnter” oyunlarını izləyə biləcəklər.
Avqustun 17-də saat 20:00-da isə “Qəbələ”-“Araz Naxçıvan” oyunu nümayiş etdiriləcək.