Xəbərlər

İlham Əliyev Serbiyanın müdafiə nazirini qəbul edib
12 avqust, 2014 08:21

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Ölkələrimiz arasında əlaqələrin müdafiə sahəsində inkişafı məsələsinə toxunan Prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın perspektivləri ilə bağlı aparılan müzakirələrin əhəmiyyətini diqqətə çatdırdı.

Serbiyanın müdafiə naziri Bratislav Qaşiç dedi:

“Cənab Prezident, Sizinlə - Serbiyanın böyük dostlarından biri ilə görüşməkdən məmnunluq hissi keçirirəm”. Nazir Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Serbiya arasında münasibətlərin inkişafına toxunan B.Qaşiç ölkələrimiz arasında ikitərəfli əlaqələrin heç vaxt indiki kimi yüksək səviyyədə olmadığını vurğuladı. O, Azərbaycan ilə Serbiya arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.