Tanınmış pop-star “Liverpul”u satın almaq istəyir
12 avqust, 2014 08:19
Dünya şöhrətli müğənni futbol biznesinə girişmək niyyətini açıqlayıb.
ERtv “Vatan” qəzetinə istinadən xəbər verir ki, tanınmış pop-star Rihanna ulduz futbolçu Didye Droqbanın məsləhətinə əməl edərək, futbol klubuna sahiblənmək arzusuna düşüb.
Buna qədər Rihannanın doğma ölkəsi Barbadosda Futbol Akademiyası açdığı və İngiltərə klublarından birini almaq istədiyi bildirilirdi.
Məlumata görə, artıq almaq istədiyi klubun “Liverpul” olduğu müəyyənləşən Rihannanın adıçəkilən klubun sahibi, ABŞ-ın “Fenway Sports Group” şirkəti ilə danışıqlara başladığı bəlli olub.
Böyük Britaniya mətbuatı bu iddiasına görə Rihannanı “Dişi Abramoviç” adlandırmağa başlayıb.