Xəbərlər

Cəbhə xəttində yerləşən bələdiyyələr büdcədən daha çox pul ala biləcəklər
12 avqust, 2014 08:14

Artıq cəbhə xəttində və sərhəd zonasında yerləşən bələdiyyələr büdcədən daha çox pul ala biləcəklər.

ERtv-nin verdiyi xəbərə görə, bunu İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdən danışarkən deyib.

İqtisadçı bildirib ki, əgər əvvəllər bələdiyyəyə dotasiya verilən zaman onun ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınırdısa, son dəyişikliklərdən sonra bu meyarlar dəqiqləşib:

“Dəyişikliklərə görə, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələr də dotasiya verilən zaman nəzərə alınmalıdır. Bu isə o deməkdir ki, artıq cəbhə xəttində və sərhəd zonasında yerləşən bələdiyyələr büdcədən daha çox pul ala biləcəklər”.

V.Bayromovun bildirdiyinə görə, dəyişikliyin digər müsbət tərəfi subvensiyaların verilməsi ilə bağlı konkret meyarların müəyyənləşdirilməsidir.

“Belə ki, son dəyişikliklərdən sonra dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılması ayrıca sətirlə müəyyən edilir. Eyni zamanda, dövlət büdcəsindən subvensiyanın ayrılması üçün bələdiyyələr və onların təmsil olunduqları milli assosiasiyalar hər il martın 15-dək təkliflərini təqdim edir.

Daha sonra həmin təkliflər 30 gün müddətində yoxlanılaraq vəsaitin ayrılması statusu ilə bağlı qərar verilir. Müsbət cavab alan bələdiyyələr isə maliyyə-iqtisadi əsaslandırmalarını mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər”,-deyə iqtisadçı alim qeyd edib.

İqtisadçının sözlərinə görə, ölkə Prezidentinin son sərəncamı bələdiyyələrin dövlət büdcəsindən daha çox vəsait almasına imkan yaradacaq ki, bu da onların maliyyə imkanlarının genişlənməsinə səbəb olacaq.

Qeyd edək ki, 11 avqustda Azərbaycan Prezidenti İlham Əliyev “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.