Silahlı Qüvvələrin zabiti dünyasını dəyişdi
13 avqust, 2014 14:50
Ordumuzun hərbçisi qəzada dünyasını dəyişdi.
ERtv AzNews.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Saat 08.00 radələrində Novxanı qəsəbəsinin “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında “Mutsubishi-Pajero” ilə “Opel” markalı avtomobilləri toqquşub. Qəza nəticəsində “Opel”in sürücüsü 1984-cü il təvəllüdlü, Abşeron rayon sakini Nicat Babazadə dünyasını dəyişib.
Faktı təsdiqləyən Abşeron rayon Polis Şöbəsindən bildirilib ki, Nicat Babazadə Daxili Qoşunların zabitidir.