Xəbərlər

Güləşçilərimiz Dünya Çempionatından 12 medal gətirdi
11 avqust, 2014 16:40

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb.

Güləş Federasiyasından ERtv-yə verilən məlumata görə, çempionatın son günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.

55 kq çəki dərəcəsində Mircəlal Həsənzadə finala qədər inamlı güləşib. Ardıcıl olaraq Qazaxstan və Yaponiya güləşçilərini təmiz qələbə, Gürcüstan güləşçisini böyük hesabla üstələyən təmsilçimiz, yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşü də qələbə ilə başa vurub. Finalda Mircəlal Həsənzadə Rusiya idmançısına minimal xal fərqi ilə uduzaraq Dünya çempionatının gümüş medalına sahib olub.  

84 kq çəkidə təmsilçimiz Nurməhəmməd Hacıyev Belarus, Gürcüstan və Rusiya güləşçilərini mübarizədən kənarlaşdırsa da, yarımfinalda Qazaxstan idmançısına uduzub. Güləşçimiz ABŞ idmançısı ilə bürünc medal uğrunda həlledici görüşə çıxmalı idi, ancaq güləşçimiz zədələndiyindən qələbə rəqibə verilib. Nurməhəmməd Hacıyev çempionatı 5-ci sırada tamamlayıb.  

55 kq
1/16 final - Vladimir Kurdin (KAZ) - Mircəlal Həsənzadə 4:10 (təmiz qələbə)
1/8 final - Mircəlal Həsənzadə - İssei Oşiro (JPN) 3:0 (təmiz qələbə)
1/4 final - Giorgi Lejava (GEO) - Mircəlal Həsənzadə 0:10
1/2 final - Gilman Thomas (USA) - Mircəlal Həsənzadə 2:5
FİNAL - Azmet Tuskaev (RUS) - Mircəlal Həsənzadə 4:3

66 kq
1/16 final - Aren Alekyan (ARM) - Murad Süleymanov 0:6 (görüşün videosu bir azdan saytımıza yüklənəcək)
1/8 final - Haydar Yavuz (TUR) - Murad Süleymanov 10:16
1/4 final - Murad Süleymanov - Rəsul Arsanaliyev (RUS) 5:8 (güləşçimiz zədələndiyindən görüşü davam etdirə bilməyib)

84 kq
1/16 final - Nurməhəmməd Hacıyev - Dzianis Kramiankov (BLR) 12:2
1/8 final - Nurməhəmməd Hacıyev - Giorgi Çkartişvili (GEO) 14:4
1/4 final - Nurməhəmməd Hacıyev - Hacı Rəcəbov (RUS) 5:2
1/2 final - Azamat Dauletbekov (KAZ) - Nurməhəmməd Hacıyev 8:1
Bürünc medal görüşü - Dean Gabe (USA) - Nurməhəmməd Hacıyev 5:0 (güləşçimiz zədələndiyindən qələbə rəqibə verilib)

120 kq
1/16 final - Akbar Yelibaylu (KAZ) - Oyan Nəzəriani 3:13
1/8 final - Gennadi Cudinoviç (GER) - Oyan Nəzəriani 3:12
1/4 final - Oyan Nəzəriani - Adam Coon (USA) 2:8

Xatırladaq ki, sərbəst güləş yarışlarında ilk gün Məhəmmədhacı Muxutov (74 kq) gümüş və Vurğun Əliyev (60 kq) bürünc qazanıb.

Qeyd edək ki, Dünya Çempionatında Azərbaycanın qadın və kişi iodmançıları ümumilikdə 6 qızıl, 3 gümüş və 3 bürünc medal əldə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.