Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək
11 avqust, 2014 16:39
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirəcək.
ERtv xəbər verir ki, Azərbaycan yığması ilk olaraq avqustun 20-də Özbəkistan millisi ilə qarşılaşacaq.
Daha sonra sentyabrın 3-də millimiz Rusiya yığması ilə görüşəcək.
Seçmə mərhələnin ilk oyununu isə Azərbaycan komandası sentyabrın 9-da Bolqarıstana qarşı keçirəcək. Oyun Bakıda baş tutacaq.