Bakıda MDB dövlətlərinə və geriyə dəmir yolu biletlərinin satışına başlanılıb
11 avqust, 2014 16:34
“Azərbaycan Dəmir Yolları”nın Sərnişin daşımaları Departamentinin kollektivi sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.
“Azərbaycan Dəmir Yolları”ndan ERtv-yə verilən xəbərə görə, Bakı - sərnişin stansiyasının 2 №-li kassasında Rusiya Federasiyası, Ukrayna və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə - Azərbaycana dəmir yolu biletlərinin satışı həyata keçirilir.
Qeyd edək ki, bundan əvvəl yalnız Rusiya Federasiyasına bilet satışları həyata keçirilirdi.