Gömrük orqanlarından büdcəyə ödənilən vəsait açıqlandı
11 avqust, 2014 16:33
Bu ilin iyul ayında gömrük orqanları tərəfindən dövlət büdcəsinə 135 mln. 255 min manat məbləğində vəsait daxil olub.
ERtv Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin iyul ayından 9% artıq olub.
Ötən ay büdcəyə daxil olan vəsaitin 78 mln. 775 min manatı əlavə dəyər vergisinin payına düşüb.
İyul ayında gömrük rüsumu üzrə büdcəyə daxil olan məbləğ isə 50 mln. 007 min manat təşkil edib.
Eyni zamanda, ötən ay aksizlər üzrə büdcəyə 5 mln. 028 min manat, yol vergisi üzrə isə 1 mln. 444 min manat vəsait daxil olub.