Xəbərlər

BQXK Ermənistandakı nümayəndəliyi Azərbaycan tərəfinə xahişlə müraciət edib
10 avqust, 2014 14:14

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyi əməkdaşlarının nəzarəti altında Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığındakı erməni yaşayış məntəqələrində humanitar tədbirlərin görülməsi zamanı atəşkəsin pozulmayacağı barədə zəmanət verilməsi ilə əlaqədar Azərbaycan tərəfinə xahişlə müraciət edib.

ERtv Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan beynəlxalq hüquq normalarına və humanitar qaydalara riayət etmək şərtilə bu işlərin görülməsi məqsədilə BQXK-nin əməkdaşlarına şərait yaradılmasını anlayışla qarşılayır.

“Lakin Ermənistan tərəfi BQXK-nin Ermənistandakı nümayəndəliyi əməkdaşlarının fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış şəraitdən sui-istifadə etməyə cəhd göstərir. Belə ki, BQXK-nin təşəbbüsü ilə növbəti dəfə Ermənistan ərazisində humanitar xarakterli fəaliyyətlərin yerinə yetirilməsi zamanı erməni tərəfi traktor və digər mülki texniki vasitələrdən istifadə etməklə zirehli döyüş texnikasının yerdəyişməsini həyata keçirərək Ermənistanın Movses yaşayış məntəqəsi yaxınlığında əlverişli mövqe əldə etməyə cəhd göstərib. Bundan sonra Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli və Ağdam yaşayış məntəqələrini intensiv atəş altında saxlayır. Nəticədə iyulun 25-də ermənilərin atəşkəsi pozması səbəbindən Tovuz rayonunun Əlibəyli kəndinin iki dinc sakini yaralanıb və onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Bu hadisələrlə bağlı BQXK dərhal rəsmi surətdə məlumatlandırılıb.

Qeyd olunanları nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttinə yaxın ərazilərdə Ermənistan tərəfinin humanitar tədbirlər adı altında mövqe baxımından hərbi üstünlüyə nail olmaq məqsədi daşıyan hər hansı fəaliyyətin həyata keçirilməsi cəhdinə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən yol verilməyəcək və bu cür halların qarşısı qətiyyətlə alınacaq”, - deyə məlumatda bildirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.