"Boeing 777"də ölənlərin daha 42 nəfərinin şəxsiyyəti bəlli oldu
10 avqust, 2014 14:06
Ukraynada vurulan Malaziyaya məxsus "Boeing 777" təyyarəsində ölənlərin daha 42-nin şəxsiyyəti məlum olub.
ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Hollandiya Təhlükəsizlik və Ədliyyə Nazirliyi məlumat yayıb.
İndiyədək artıq ölənlərin 65-nin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda işlər davam edir və digər ölən sərnişinlərin şəxsiyyətinin dəqiqləşdirilməsi yolunda ekspertizalar aparılır.
Qeyd edək ki, iyulun 17-də "Malaysia Airlines” şirkətinin Amsterdam- Kuala-Lumpur marşrutu ilə uçan "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayətində rusiyameyilli separatçılar tərəfindən vurulub.
Hadisə zamanı 298 nəfər həlak olub.