Rusiya və Qazaxıstan prezidentləri qarşıdakı Soçi görüşünü müzakirə ediblər
08 avqust, 2014 16:42
Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev arasında telefon danışığı olub.
ERtv xəbər verir ki, dövlət başçıları bir sıra aktual məsələlər, o cümlədən Azərbaycan və Ermənistan prezidentlərinin tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün Soçidə keçiriləcək görüşü barədə fikir mübadiləsi aparıblar.
Onlar tərəflərin mövqelərinin yaxınlaşması üçün bu görüşün əhəmiyyətini vurğulayıblar.
Telefon danışığı zamanı Ukrayna ilə bağlı vəziyyət, Avrasiya İqtisadi İttifaqı ətrafında müzakirələr aparıblar və Ukrayna prezidenti ilə müxtəlif formatlarda, Gömrük İttifaqı, MDB dövlət başçıları Şurasının növbədənkənar iclası çərçivəsində birbaşa danışıqların aparıla bilməsi qeyd edilib.