Dünya daha bir Şevçenkonu tanıdı
08 avqust, 2014 16:41
Söhbət Ukraynanın “Zarya” klubunun qapıçısı Nikita Şevçenkodan gedir.
ERtv xəbər verir ki, sözügedən qolkiper ötən gün Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutan “Mölde”-“Zarya” oyununda əməlli-başlı qəhrəmanlıq göstərib.
Luqansk təmsilçilərinin qalib gəldiyi oyunda hesab 1:1 olarkən, rəqib futbolçular penalti vurmaq şansı qazanıblar. Lakin Şevçenko bu zərbəni dəf edib. Sonra onun komanda yoldaşları 2-ci qolu rəqibin qapısından keçirdiblər. Hesab 2:1 olarkən “Mölde” daha bir onbirmetrlik qazanıb. Və Şevçenko bu dəfə də rəqibin zərbəsini qaytarıb.
Beləliklə dünya futbolu daha bir Şevçenkonu tanıyıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı