Tanınmış teleaparıcı Azər Qəribin ardınca “Planet Parni iz Baku” KVN teatrının üzvü, sevilən “kvnçi” Cabir İmanov da cəbhədə gərginliklə bağlı sosial şəbəkələrdə “vətənpərvərlik” edənləri sərt şəkildə qınayıb.
ERtv xəbər verir ki, aktyor rəsmi Facebook səhifəsində bunları yazıb:
“Vətəni sevməyən insan olmaz. Olsa da, o şəxsdə vicdan olmaz.
- Bəzi vicdansız insanlar düşünmədən Vətənin əleyhinə şərhlər yazır, bilmirsən kimdir “bunlar”, azərbaycanlıdırlar yoxsa erməni?
“Bəs sən gedəcəksən?...”, “Gözlə gələcək əmr...” və s. kimi şərhlər yazan insanlar, ömrünü İnstaqram-a qurban verənlər, Allah sizə ağıl versin.
Çox yazırsınız, əmr gələndə, siz heç getməyin, çünki özümüzü öldürən elə siz olacaqsınız.
Vətənini hər zaman qorumağa hazır olan vətəndaş, düzgün tərbiyə almış Vətən övladıdır. Birincisi, onun bütün ailə üzvləri bilir ki, babası, atası, qardaşı, həyat yoldaşı hər an müharibəyə gedə və Vətən uğrunda şəhid ola bilər. İkincisi, nəyə görə müharibəyə gedib ölməkdən başqa heç nəyi düşünmürük.
Müharibəyə qələbə əhval ruhiyyəsi ilə gedəcəyik. Bayrağımızı Şuşa Qalasına sancacağıq.
P.S. Mən Vətənimi, millətimi, dövlətimi sevən adamam. Əgər bu prinsiplərimə hörmət etmirsinizsə, onda burada sizin işiniz yoxdur”.