“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı
07 avqust, 2014 13:27
Ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.
ERtv xəbər verir ki, yarışda yeganə təmsilçimiz olan “Qarabağ” səfərdə yaşıl meydana çıxıb.
Avstriyanın “Zalsburq” klubu ilə qarşılaşan Qurban Qurbanovun yetirmələri meydandan məğlub ayrılıblar – 0:2 (2:1).
Çempionlar Liqasında mübarizəni dayandıran komandamız Avropa Liqasının play-off mərhələsində çıxışını davam etdirəcək.