Xəbərlər

Musa Quliyev: “Beynəlxalq təşkilatlar bu mövqelərindən utanmalıdırlar”
06 avqust, 2014 13:23

Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan təmas xəttindəki gərginliklə bağlı bəyanatlarının mənası yoxdur və hadisələrin gedişinə heç bir təsir göstərmir.

Bu barədə ERtv-yə millət vəkili Musa Quliyevson günlər cəbhədə baş verən hadisələrə beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin münasibətini şərh edərkən bildirib.

Millət vəkili deyib ki, belə açıqlamalarla əslində həmin qurumlar öz varlıqlarını göstərmək istəyirlər:

“Beynəlxalq təşkilatların müəyyən bir gücü, qüdrəti, qabiliyyəti  olsaydı, indiyə qədər bu məsələnin həlli üçün konkret addım atardılar. Onların elementar ədalət hissi olsaydı, işğalçının, işğala qalanın kim olduğunu deyərdilər. Heç olmasa özlərinə bir sual verərdilər ki, necə olub ki, bir milyon azərbaycanlı qaçqın düşüb”.

Onun sözlərinə görə, bu gün Ukraynaya olan münasibətin 5-10 faizi belə 25 il ərzində Azərbaycana göstərilməyib:

“Bu onu sübut edir ki, dünyada ədalətsiz yanaşma, ikili standartlar, yalançı xristian həmrəyliyi mövcuddur və Azərbaycanın bir müsəlman dövləti kimi dünyada, Qafqazda qüdrətinin artmasını istəməyən qüvvələr var.

Amma buna rəğmən xalqımız dövlətimizin, prezidentimizin ətrafında sıx birləşib, ölkəmiz, ordumuz gündən-günə möhkəmlənir. Bu gün həmin beynəlxalq təşkilatların atəşkəsi dayandırmaq barədə yalançı çağırışları da məhz Azərbaycan ordusunun qüdrətinə bağlıdır”.

M.Quliyev onu da əlavə edib ki, həmin beynəlxalq qurumlar niyə 1992-1993-cü illərdə Azərbaycan torpaqları işğal olunanda bəyanat yaymırdılar, işğalçını dayandırmırdılar: “Ona görə də hesab edirəm ki, beynəlxalq təşkilatlar bu mövqelərindən utanmalıdırlar. Azərbaycan xalqı, dövləti öz gücünə inanır, arxalanır, inşallah yaxın günlərdə ordumuz işğaldakı torpaqlarımızı azad etməklə əsil həqiqi ədaləti bərpa edəcək. Yalançı ədalət istəyən beynəlxalq təşkilatlara da göstərəcək ki, həqiqi ədalət necə olur”.

Millət vəkili beynəlxalq birliyi Ermənistana yardımlarını dayandırmağa çağırıb: “Onlar əvvəl işğalçını göstərməlidirlər. Digər tərəfdən Ermənistana müvafiq yardımlar dayandırılsa, Rusiyanın qoşunları çıxsa, kifayət edəcək ki, işğalçı ağlını başına yığsın, Azərbaycanla sülh şəraitində yaşamağa və Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olsun”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.