Cəbhədə daha bir əsgərimiz yaralandı
06 avqust, 2014 13:15
Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıb.
ERtv Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənən məlumata istinadən xəbər verir ki, cəbhə xəttində Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Rəhimov Fərhad Azad oğlu düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər yüngül xəsarət alıb. Hospitala yerləşdirilən əsgərin vəziyyəti normal qiymətləndirilir.