Misir Suveyş kanalının dublyorunu inşa etməyi planlaşdırır.
ERtv Reuters-ə istinadən xəbər verir ki, bu barədə kanalın operator şirkətinin direktorlar şurasının sədri Mohaba Mamişa məlumat verib.
Layihənin dəyəri 4 milyard dollar həcmində qiymətləndirilir. Tikinti işləri təqrbən 5 il vaxt aparacaq, layihədə 20-dən artıq Misir şirkəti iştirak edəcək. Kanalın uzunluğu 72 kilometr olacaq.
İşlər radikallar tərəfindən törədilə biləcək təxribatlardan yayınmaq üçün ordunun nəzarəti altında aparılacaq.
Tikinti işləri beynəlxalq ticarətin Suveyş limanı vasitəsilə stimullaşdırılması üzrə çoxmilyardlıq daha geniş layihənin bir hissəsi olacaq.
Suveyş kanalı dünyanın ən mühüm arteriyalarından biridir. Bu kanal vasitəsilə Avropadan Asiyaya və əksinə, Afrika ətrafında uzun məsafə dövr etmədən hər gün onlarla gəmi keçir. O, 1969-cu ildə istifadəyə verilib.
Kanal il ərzində Misirə 5 milyard dollar gəlir gətirir.