Xəbərlər

Səfir: Azərbaycanın beynəlxalq antiterror kampaniyasına töhfə verməsi NATO üçün böyük əhəmiyyət kəsb edir
05 avqust, 2014 12:14

Azərbaycan NATO üçün çox mühüm və yüksək dəyər verilən tərəfdaşdır.

ERtv xəbər verir ki, bu barədə Ruminyanın Azərbaycandakı səfiri Kristian Çiobanu “NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, NATO ilə Azərbaycan arasında əlaqələr ötən illərdə güclü inkişaf edib.

Onun sözlərinə görə, NATO ilə Azərbaycan demokratiya, institutsional və müdafiə sahəsində islahatlar ilə bağlı fəal əməkdaşlıq edir və digər bir çox sahələrdə praktiki əməkdaşlığı inkişaf etdirib.

K.Çiobanu əlavə edib ki, NATO həmçinin silahlı qüvvələrin təlimi və moderinləşdirilməsi sahəsində Azərbaycana kömək göstərir. Səfir deyib  ki, NATO ilə Azərbaycan arasında siyasi dialoq bir çox sahələri əhatə edir:

“Azərbaycanın Əfqanstanda İSAF əməliyyatlarına dəstəyi və Azərbaycanın beynəlxalq antiterror kampaniyasına mühüm töhfə verməsi NATO üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın İSAF əməliyyatlarına verdiyi maliyyə və hərbi dəstəyi Azərbaycanın NATO ilə praktiki əməkdaşlığının və regionda təhlükəsizliyin təmini ilə bağlı ciddi fəaliyyətinin göstəricisidir və NATO bunu çox yüksək qiymətləndirir”.

Səfir əlavə edib ki, NATO-nun 2014-cü ildən sonra Əfqanstandakı missiyası çərçivəsində NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur.   

K.Çiobanu əlavə edib ki, Azərbaycan ilə NATO arasında sıx əməkdaşlıq Qara Dəniz və Xəzər Dənizi regionunda sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir:

“NATO və Avropa Birliyinin bir üzvü olaraq, Ruminya Azərbaycanın Avropa və Avro-Atlantik institutlarla əlaqələrinin genişlənməsinə aktiv dəstək verməyə hazırdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.