Xəbərlər

Ərəbistanda şok: qadın aparıcı efirə başıaçıq çıxdı
05 avqust, 2014 12:10

Səudiyyə Ərəbistanı dövlət televiziyasında bir ilk yaşanıb.

ERtv-nin ANS PRESS-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Əkbəriyyə” dövlət televiziyasında xəbər aparıcılarından birinin başı açıq və niqabsız canlı yayımda çıxış etməsi ölkədə böyük səs-küyə səbəb olub.

Televiziyaya qarşı çox sayda qınaq mesajları göndərilib. TV-nin mətbuat katibi Salih Al Muqahilif isə etdiyi açıqlamada yaranan bu vəziyyətə görə tamaşaçılardan üzr istəyib.

“Aparıcı xəbərləri Londondakı studiyadan təqdim edib. Bu bir yayım səhvidir, bir daha olmayacaq. Bizim inanclarımıza görə günah olan bir şeyin nə televiziyamızda, nə də ölkəmizdə baş verməyinə icazə vermərik. Hamı buna inansın” – deyə, televiziyanın mətbuat katibi açıqlamasında bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Əkbəriyyə” dövlət televiziyası 2004-cü ilin yanvar ayında fəaliyyətə başlayıb və yayımlandığı ilk gündən xəbər aparıcıları olan qadınlar başı bağlı və niqabda efirə çıxıblar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.