Xəbərlər

Boinq 777-nin qalıqları hələ də axtarılır
04 avqust, 2014 12:53

Ukraynanın şərqində separatçılar tərəfindən raketlə vurulduqdan sonra qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları hələ ki, tam aşkarlanmayıb.

ERtv-nin ANS PRESS-ə istinadən məlumatına görə, bu istiqamətdə işlərin gücləndirilməsi üçün təyyarənin düşdüyü bölgəyə əlavə 100-dən çox ekspert göndərilib.

Ekspertlər ATƏT rəsmilərinin də müşahidəsi altında axtarış sahəsini genişləndiriblər. Hazırda Rozsipne kəndində axtarış əməliyyatları icra olunur.

Təhqiqatçılar, eyni zamanda, üsyançıların nəzarəti altında olan ərazilərə də giriblər. Axtarış əməliyyatlarının təxminən 1 həftə çəkəcəyi gözlənilir. Ekspertlər indiyə qədər müxtəlif əşyalara rast gəlsələr də, hələlik insan qalıqlarına rast gəlməyiblər.

İyul ayının 17-sində baş verən hadisə zamanı əksəriyyəti Hollandiya vətəndaşı olmaqla 298 nəfər ölmüşdü. İndiyə qədər cəmi 200 nəfərin meyitləri tapılaraq ölkəsinə göndərilib.

Təyyarənin qara qutuları deşifrə edilən zaman məlum olub ki, pilotlar kabinəsində qəzadan bir neçə saniyə əvvəl hər şey qaydasında olub. Səs registratorunda qeydə alınan səsin pilota aid olmadığı təsdiqlənsə də, həmin vaxt ekipaj üzvlərinin qəribə heç bir şeylə rastlaşmadıqlarının aydın hiss edildiyi bildirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.