Xəbərlər

Azərbaycan və Gürcüstan prezidentləri arasında telefon danışığı olub
02 avqust, 2014 21:10

Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Georgi Marqvelaşvili arasında telefon danışığı olub.

ERtv Gürcüstan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli münasibətləri və gələcək perspektivlərini müzakirə ediblər.

Söhbət zamanı həmçinin Azərbaycanda keçirilən futbol oyunu zamanı baş vermiş hadisəyə də toxunulub. Prezidentlər qeyd ediblər ki, bu hadisə iki ölkə arasındakı dostluq əlaqələrinin təsir edə bilməz.

Xatırladaq ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi “Bakcell Arena” stadionunda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Bu, yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.