Xəbərlər

Güzəştli kreditlər hesabına yeni sənaye müəssisələri yaradılır
01 avqust, 2014 22:04

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Masallı və ətraf rayonlardan olan 82 sahibkara 1,3 milyon manat güzəştli kredit verilib.

ERtv-nin İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, verilmiş kreditlər əsasən, heyvandarlıq, üzümçülük, kartofçuluq, müasir istixana kompleksi, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək.

Bu kreditlərin reallaşdırılması hesabına 150-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 3099 sahibkara 162 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6800-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir:

“Ümumilikdə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1851 investisiya layihəsinin maliyyələşdirilməsinə 86,9 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, quşçuluq fabrikləri, istixana, üzümçülük təsərrüfatları, çörək zavodları, mebel və tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 9000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar ötən dövr ərzində 12 sənaye müəssisəsinə (3 çörək, 1 meyvə-tərəvəz emalı və 3 yem zavodu, 1 plastik qapı-pəncərə istehsalı, 1 çınqıl və 1 polietilen və polipropilen istehsalı müəssisələri, 1 mis emalı zavodunun genişləndirilməsi və 1 corab istehsalı fabriki) 23.2 milyon manat güzəştli kredit ayrılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.