“Qarabağ” klubunun Çempionlar Liqasındakı tarixi qələbəsinə dünya mətbuatı geniş yer ayırdı.
ERtv xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Avstriyanın “Salzburq” klubunu 2-1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi “Qarabağ” haqqında yerli mətbuatla yanaşı, dünya mətbuatı da yazıb.
Türkiyə mətbuatında “Qarabağ”ın qələbəsi “Azərbaycan bir ilki bacardı”, “Salzburq”a Azərbaycanda böyük şok”, “Qarabağ” tarixi qələbə” kimi başlıqlarla manşetlərdə yazılıb.
Yazılarda qeyd olunub ki, “Qarabağ”ın Avropanın güclü klublarından olan “Salzburq” üzərindəki qələbə gecənin ən böyük sürprizi olub.
Həmçinin qeyd olunub ki, Ağdamın təmsilçisi olan “Qarabağ”, torpaqlarımızın erməni işğalı altında olmasına görə oyunlarını Bakıda keçirir.
Qərb mətbuatında isə daha çox “Qarabağ”dan möhtəşəm zəfər” başlıqları verilib.
Qeyd edək ki, “Qarabağ” cavab matçını 6 avqustda keçirəcək.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı