Xəbərlər

Obama İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
30 iyul, 2014 16:19

ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik məktubu göndərib.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Amerika xalqı adından Sizi və xalqınızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Dünyanın hər yerində yaşayan müsəlmanlar ötən ay ərzində Ramazan ayının gözəl ənənələrini paylaşmış, inanclarından qaynaqlanan daxili rahatlıq naminə ehtiyacı olanlara yardım əli uzatmışlar.

Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət hisslərinin bölüşdürülməsi dövrü olmuşdur.

Qoy qarşıdan gələn il Sizə və xalqınıza sülh, cansağlığı və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!”

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.