Dövlət Baxçalı: “Ərdoğan dövrü qurtarır”
30 iyul, 2014 14:17
Tarixində ilk dəfə prezident seçkisi keçirən Türkiyədə siyasi gərginlik pik səviyyəyə çatmaqdadır.
ERtv-nin ANS-Press-ə istinadən verdiyi xəbərə əsasən, MHP başqanı Dövlət Baxçalı prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.
MHP başqanı Ərdoğanın futbol oynayıb, 3 qol vurmasına belə münasibət bildirib:
“Terim Stadionunun açılışında “12” nömrə geyib idmanı siyasətə alət etmə. Zorla sənə vurdurulan qollar səni qutarmayacaq. Yaşıl sahələrdən əsla mədət umma. Türkiyə idmanını kirlətmə. Sakit ol və bizə qulaq as. Sənə tövsiyə edirəm, çox umidlənmə. 10 avqust sənin üçün sonun başlanğıcı olacaq. Ərdoğan dövrü qutarır. Ərdoğan zülmü dövrü inşallah qutaracaqdır”.