"Neftçi" - "Çixura" matçının hakimləri müəyyənləşdi
29 iyul, 2014 14:59
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının hakimləri müəyyənləşib.
ERtv UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutacaq oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Kristian Balaj olacaq. Ona Sebastian Corc və Ovidiu Artene köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Katalin Sorin Popa yerinə yetirəcək.
Qeyd edək ki, "Neftçi" - "Çixura" oyunu iyulun 31-də, saat 20:00-da başlayacaq.