"Qəbələ" "Herenven"ə məğlub oldu
27 iyul, 2014 14:59
"Qəbələ" "Herenven"ə məğlub oldu
Hollandiyada təlim-məşq toplanışında olan "Qəbələ" klubu bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.
ERtv xəbər verir ki, "qırmızı qaralar" Hollandiya təmsilçisi "Herenven"lə üz-üzə gəlib.
Ötən mövsüm Hollandiya çempionatını 5-ci pillədə başa vuran "Herenven"lə oyun "Qəbələ"nin məğlubiyyəti ilə başa çatıb. Matçın 47-ci dəqiqəsində van der Berqin vurduğu qol Hollandiya təmsilçisinə qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, "Qəbələ" ilk yoxlama matçında Hollandiyanın "Arnem" klubunu 4:0 hesabı ilə darmadağın etsə də, ikinci görüşündə "AZ Alkmaar"a uduzmuşdu - 0:2. Dorinel Muntyanunun komandası son matçında "Konyaspor"a 2:0 hesabı ilə qalib gəlib.