Əməkdar artistə ağır itki üz verib
28 iyul, 2014 14:57
Əməkdar artist Gülüstan Əliyevanın anası vəfat edib.
ERtv Gecce.az-a istinadən xəbər verir ki, bu barədə Publika.az-a Gülüstan Əliyevanın özü məlumat verib.
O, bildirib ki, anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Hazırda əməkdar artist anasının yas mərasiminə görə, Yevlax şəhərindədir. Gülüstan Əliyevanın anası sabah Yevlaxda dəfn olunacaq. Əməkdar artistin anasının qırx mərasimi Bakıda keçiriləcək.
Allah rəhmət eləsin!