BMT Təhlükəsizlik Şurası Qəzza üçün toplaşacaq
28 iyul, 2014 14:56
BMT Təhlükəsizlik Şurası yaxın saatlarda Yaxın Şərq üzrə fövqəladə iclasa yığışacaq.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, barədə Şuranın sədri, Ruandanın daimi nümayəndəsi Rişar Həsən bildirib.
Onun sözlərinə görə, BMT TŞ-nin açıq görüşü yerli vaxtla gecə yarısında baş tutacaq, gündəliyə "Fələstin məsələsi daxil olmaqla Yaxın Şərqdəki vəziyyət" çıxarılacaq.