Homsda minalanmış avtomobil partladılıb, 7 nəfər ölüb
27 iyul, 2014 14:55
Homsda erməni məhəlləsində minalanmış avtomobil partladılıb.
ERtv İtar-Tass-a istinadən xəbər verir ki, 7 nəfər terror aktının qurbanı olub, 25 nəfər isə yaralanıb.
Bir neçə yaralı ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Ölən və yaralananlar arasında qadınlar və uşaqlar var.
Ələvi və xristianların yaşadıqları Zəhra məhəlləsinə də minamyotlardan atəş açılıb. Dinc əhali arasında yaralılar var. Onların sayı dəqiqləşdirilir.