Xəbərlər

Mixeil Saakaşvili 8 ilədək azadlıqdan məhrum edilə bilər
29 iyul, 2014 14:53

Gürcüstan prokurorluğu ölkənin sabiq Prezidenti Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb.

ERtv Trend-ə istinadən xəbər verir ki, keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Prokurorluq hesab edir ki, M.Saakaşvili hər üç ittiham üzrə sabiq daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, Tbilisinin sabiq meri Qiqi Uqulava, Baço və Dato Axalaya qardaşları və həmin dövrdəki digər məmurlarla birgə cavab verməlidir.

Prokurorluq M.Saakaşvilini bu üç cinayətin həyata keçməsi üçün bilavasitə əmr verməkdə ittiham edir.

Əgər qaldırılan ittihamlar üzrə onun günahı sübuta yetirilsə, sabiq dövlət başçısını 5 ildən 8 ilədək həbsxana həyatı gözləyir.

Qeyd edək ki, M.Saakaşvili istintaqa gəlməkdən bir neçə dəfə boyun qaçırıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.