Xəbərlər

Kiyevdə Zərifə Əliyeva adəna elmi-tibbi kitabxana açılıb
27 iyul, 2014 14:51

İyulun 26-da Ukraynanın paytaxtı Kiyev şəhərində akademik Zərifə Əliyeva adına Elmi-Tibbi Kitabxananın təqdimatı olub.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, kitabxananın yaradılmasının təşəbbüsçüsü və təsisçisi Kiyevdə fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzidir.

Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, əslən azərbaycanlı, tibb elmləri doktoru, professor Aydın Salmanov deyib ki, kitabxanada Azərbaycan alimlərinin elmi əsərləri geniş təqdim olunacaqdır. Bu, oxucuların tibb sahəsində bizim alimlərimizin Azərbaycan, Ukrayna, ingilis, rus dillərində, eləcə də başqa dillərdə nəşr edilmiş elmi tədqiqatları ilə tanış olmasına imkan verəcək.

Kitabxana Azərbaycan alimlərinin tibb üzrə xarici ölkələrdə yaratdıqları ilk elmi ədəbiyyat depozitarisi olacaqdır. Onun fəaliyyəti informasiya resurslarının formalaşdırılmasına və qorunub saxlanmasına, alimlərin, tələbələrin, aspirantların və tibb üzrə mütəxəssislərin, kitabxana-biblioqrafiya tələbatının ödənilməsinə, informasiya təminatına, tibb sahəsində elmi tədqiqatların və araşdırmaların həyata keçirilməsinə kömək göstərilməsinə yönəldilib.

Professor Aydın Salmanovun sözlərinə görə, hazırda kitabxana fondunda 1000-dən çox sənəd, o cümlədən elektron daşıyıcılarda sənədlər vardır. Onların sayı daim artacaq.

Kitabxananın fondundakı sənədlərdən istifadə imkanı onların avtomatik sifarişinə imkan verən operativ informasiya axtarışını təmin edən elektron kataloq vasitəsilə həyata keçirilir. Yaxın vaxtlarda İnternet şəbəkəsində akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin saytında elektron kataloqa giriş açıq olacaq.

Bundan başqa, kitabxana öz istifadəçilərinə telekommunikasiya rabitə vasitələrinin köməyi ilə Azərbaycan, Ukrayna və beynəlxalq informasiya ehtiyatlarından yararlanmaq imkanı verəcək.

Eyni zamanda, kitabxana dövri nəşrlərin korporativ analitik siyahısı üzrə Beynəlxalq Tibbi Kitabxanalar Konsorsiumunun fəal iştirakçısı və tibbi kitabxanalara yardım üzrə qeyri-kommersiya tərəfdaşlığının üzvü olacaq.

İstifadəçilərə qiraət zalları sistemi və abonement vasitəsilə xidmət göstəriləcək. Uzaqda olan istifadəçilərə kitabxanalararası abonement, sənədləri elektron çatdırma xidməti və virtual məlumat bölməsi xidmət göstərəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.