Bakıda qadını küçədə döyüb pulunu alıb qaçdılar
29 iyul, 2014 14:51
Ötən gün Bakıda 30 yaşlı qadın küçənin ortasında vəhşicəsinə döyülüb.
ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Naxçıvanski küçəsində baş verib.
Küçənin ortasında naməlum şəxs Aytəkin Hacıyevanı döyüb. Naməlum şəxs qadını vəhşicəsinə döydükdən sonra onun əlində olan pul kisəsi alıb və hadisə yerindən qaçıb.
Hadisədən sonra dərhal əməliyyat-axtarış tədbirləri başlanılıb. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Kürdəmir rayon sakini Orxan Seyidov tutulub.
Faktla bağlı araşdırma aparılır.