Ukraynada müharibə davam edir: 9 ölü, 29 yaralı
26 iyul, 2014 21:34
Ötən sutka ərzində Luqanskda silahlı toqquşmalar zamanı 9 dinc sakin ölüb, daha 29 nəfər yaralanıb.
ERtv Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şənbə günü səhər Luqansk şəhər şurası məlumat yayıb.
"Ötən sutka ərzində silahlı toqquşmalar nəticəsində 9 dinc sakin ölüb, 29 nəfər odlu silah yarası və zədə alıb", - deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, şəhərin bəzi əraziləri, həmçinin Artyomovski, Jovtnev, Kamennobrodski və Lenin rayonları artileriya atəşinə məruz qalıb.
"Mərminin Lenin küçəsində yerləşən 7 saylı məktəbdəki sığınacaq yaxınlığına düşməsi nəticəsində ölənlər olub", - deyə şəhər şurasının saytında bildirilib.