Ölkədə pivə istehsalı azalıb
26 iyul, 2014 21:33
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 2 650,8 min dkl pivə istehsal olunub.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, pivə istehsalında illik 18,7 faiz artım qeydə alınıb.
Bu müddətdə digər içkilərdən şampan şərabı və araq istehsalında da azalma olub.
Şampan şərabı istehsalı 53,9 faiz azalaraq 4,1 min dkl, araq isə 25,9 faiz azalaraq 319 min dkl təşkil edib. Üzüm şərabı istehsalında isə əksinə artım müşahidə edilib və istehsal 11,8 faiz artaraq 298,8 min dkl-ə bərabər olub.
Alkoqolsuz içkilərə gəlincə isə istehsal 2,1 faiz artaraq 12 371,1 min dkl-ə çatıb.