Azərbaycana xaricdən ət gətirilməsi çoxalıb
26 iyul, 2014 21:30
Bu ilin ilk altı ayı ərzində Azərbaycandan 164,4 min dollar həcmində ət və qida üçün yararlı ət əlavələri ixrac olunub.
ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, həmçinin birinci yarımildə həmin məhsul növü üzrə ölkəyə 11 mln. 284,55 min dollar həcmində idxal həyata keçirilib.
Ötən ilin eyni dövründə bu məhsul üzrə ixrac olmayıb, idxal isə cəmi 8 mln. 884,88 min dollar təşkil edib. Beləliklə, idxalda illik 27 faiz artım qeydə alınıb.
Statistikaya əsasən bu müddətdə diri heyvan idxalı illik 12,8 dəfə artaraq 94,5 min dollara, idxal isə 2 dəfə artaraq 25 mln. 623,37 min dollara çatıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı