Xəbərlər

Rumıniya mətbuatı SOCAR-ın uğurlarından yazır
25 iyul, 2014 13:16

Rumıniyanın “Ziarul Financiar” qəzetində “Böhranın böyük qalibləri: Resessiyaya qarşı tədbirləri gücləndirməklə son 5 ildə 67 şirkət öz biznesini 7,7 milyard avrodan 25 milyard avroyadək artırıb” sərlövhəli məqalə dərc olunub.

ERtv-nin verdiyi xəbərə görə, Cristi Moganın müəllifi olduğu məqalədə bildirilib ki, ümumilikdə, ötən il Rumıniyada dövriyyəsi 100 milyon avrodan çox olan 250 şirkət qeydə alınıb. Müəllifin apardığı təhlilə əsasən sözügedən 250 şirkətdən 67-nin dövriyyəsi 2008-ci illə müqayisədə 2 dəfə artıb.

Məqalədə həmçinin son 5 ildə SOCAR-ın Rumıniyadakı uğurlu fəaliyyətinə də toxunulub. Müəllif qeyd edib ki, əgər 2008-ci ildə “SOCAR Petroleum SA”nın dövriyyəsi 15,2 milyon avro təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 131,9 milyon avro olub. Nəticədə 2008-2013-cü illərdə artım 7,7 dəfə və ya 770% olub. Eyni zamanda işçilərin sayı 223-ə çatıb.

Qeyd edək ki, SOCAR 2007-ci ildən Rumıniya bazarında fəaliyyət göstərir. Şirkət hazırda Rumıniya iqtisadiyyatına 50 milyon avro sərmayə yatırmaqla, ölkənin 11 regionunda 28 yanacaqdoldurma məntəqəsinə malikdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.