Ukraynaya qarşı döyüşən azərbaycanlılar girov götürülüb
24 iyul, 2014 14:11
Ukrayna hərbçiləri Luqanskda 18 separatçını əsir götürüblər.
Tutulanların əksəriyyəti Rusiya vətəndaşlarıdır.
ERtv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu barədə “Şimal” operativ komandanlığının mətbuat katibi Anatoli Proşin məlumat verib.
Saxlanılanlar arasında ruslar, çeçenlər və bir osetin, eyni zamanda Ukrayna tərəfinin iddiasına görə, azərbaycanlılar və Serbiya vətəndaşı var. Girov götürülənlərin cəmi bir neçə nəfəri Luqansk sakinidir.
Girovlar dindirildikdən sonra məhkəməyə aparılacaqlar.
Qeyd edək ki, ötən gün Ukrayna qoşunları Karlovka, Netaylovoe və Pervomayski yaşayış məntəqələrini separatçılardan azad ediblər.