Xəbərlər

XİN rəhbəri: “Ermənistan Qarabağda istehsal olunan məhsulları saxta etiketlərlə Aİ bazarlarında satır”
23 iyul, 2014 16:08

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində Ermənistan tərəfindən istehsal olunmuş məhsullar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malın mənşəyi haqqında qaydaları və ÜTT razılaşmaları ilə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri pozularaq, saxta etiketlərlə Avropa İttifaqı bazarlarında satılır.

ERtv-yə Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu barədə xarici işlər naziriElmar Məmmədyarov Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə çıxışı zamanı bildirib.

XIN rəhbəri deyib ki, bu, Ermənistanın aşkar şəkildə ÜTT qarşısında olan öhdəliklərini pozduğu anlamına gəlir:

“Ermənistan ÜTT-ə daxil olarkən təşkilata üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın ÜTT razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn öhdəliklərinin yalnız Ermənistanın BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq edib. Ona görə də Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı yaxın zamanlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivəni xatırladaraq, Avropadan olan tərəfdaşlarımızı Ermənistan tərəfindən bu kimi mənfur addımların qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinə çağırıram”.

E.Məmmədyarov əlavə edib ki, Riqa sammiti öncəsi gələcək əməkdaşlığı necə görmək istədiyimizi aydınlaşdırmalıyıq: “Bu həmçinin Şərq Tərəfdaşlığı çərçivəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq formatları arasında əlaqələndirmənin gücləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir.

Avropa qitəsində sabitlik və əmin-amanlıq daha yaxın əməkdaşlığın əsas ilkin şərtləridir. Azərbaycan Avropa ittifaqı ilə ikitərəfli əməkdaşlığa üstünlük verərək, Şərq Tərəfdaşlığının təsis olunmasından etibarən çoxtərəfli formatda əməkdaşlıq edib. Lakin Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunu əhatə edən ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi Şərq Tərəfdaşlığının yaratdığı çoxtərəfli çərçivəsindən tam olaraq istifadəni qeyri-mümkün edir”.

Nazir deyib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə tam nəzarət edərək, mövcud status-kvonun saxlanılmasına və bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq “fait accompli” praktikasını tətbiq etməyə səylər göstərir: “Yuxarıda qeyd etdiyim saxta ticarət əməlləri bu hallardan sadəcə bir neçəsidir. Bu fəaliyyətlərlə bağlı Avropa İttifaqının sanksiya və digər cəza tədbirlərinə gəlincə, Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır”.

XİN rəhbəri hesab edir ki, Avropa İttifaqı ilə dialoqda ikitərəfli çərçivə prioritet olaraq qalmalıdır: “Hər bir Şərq Tərəfdaşı dövlətinin fərqlənməsi, özünəməxsusluğu və inkişaf tempi və islahat gündəliyi olduğuna görə bu yanaşma saxlanılmalıdır.  Biz onu da qəbul etməliyik ki, Şərq Tərəfdaşları Avropa İttifaqı ilə əməkdaşlıq səviyyələrini müəyyən edərkən heç bir təzyiq hiss etməməlidirlər. Əksinə, özünü fərqləndirmədə stimul əsaslı yanaşma tətbiq olunmalıdır. Qarşılıqlı məsuliyyət fərdi tərəfdaşların ehtiyacları, istəkləri və imkanları arasında daha yaxşı əlaqənin təmin edilməsi üçün hər iki tərəfə imkan verəcəkdir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.