Sumqayıtda ağır qəza: ata, ana və oğul xəstəxanalıq oldu
23 iyul, 2014 16:04
Sumqayıtda 4 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib.
ERtv Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, bu gecə saat 01 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini Ziyafət Mürsəlovun idarə etdiyi “Mitsubishi” və Bakı şəhər sakini Elman Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət almış E.Quliyev və sərnişinləri - oğlu Elmir, arvadı Gülnar və Sumqayıt şəhər sakini Xəzangül Quliyeva xəstəxanaya yerləşdiriliblər.
Hazırda faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.