AZAL Bişkekə aviareys açır
23 iyul, 2014 16:01
“Azərbaycan Hava Yolları” (AZAL) 26 oktyabrdan başlayaraq Bakı-Bişkek-Bakı istiqamətində müntəzən uçuşların yerinə yetirilməsinə başlayacaq.
ERtv-nin aviaşirkətə istinadən verdiyi xəbərə görə, uçuşlar bazar günü və çərşənbə axşamı həyatı keçiriləcək.
Bazar günləri Bakıdan uçuş saat 10:10, Bişkekdə eniş 15:10, Bişkekdən uçuş saat 16:30, Bakıda eniş saat 17:55 baş tutacaq.
Çərşənbə axşamı (çərşənbə) isə Bakıdan uçuş saat 20:20, Bişkekdə eniş 01:30 (+1), Bişkekdən uçuş saat 02:50, Bakıda eniş saat 04:15 gerçəkləşəcək.
Uçuşlar müasir "Aerobus" tipli hava gəmiləri ilə həyata keçiriləcək.