Dövlət Neft Şirkətindən "Qalatasaray" klubuna sponsorluqla bağlı xəbərlərə aydınlıq gətirildi
21 iyul, 2014 15:02
Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyənin "Qalatasaray" futbol klubuna sponsor olacağı ilə bağlı məlumat yayılıb.
Kütləvi İnformasiya Vasitələrində yazılanlara görə, "Türk Telekom" ilə yenidən razılığa gələ bilməyən Türkiyənin "Qalatasaray" klubu Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə anlaşıb.
Müqavilə məbləği olaraq 20 milyon avro ödəniləcəyi qeyd olunub. Forma sponsorluğu üçün SOCAR-dan əlavə "Samsung", "Fly Emirates", "Etihad" və "Gazprom" kimi böyük şirkətlərin də adı hallanır.
Bununla bağlı Dövlət Neft Şirkətinin Mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev ERtv-yə bildirib ki, bu məsələ gündəmdə deyil.